Axtar

Dövlət İdarəsi işçi axtarır - VAKANSİYA

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

Memarlıq və layihə-smeta şöbəsi / şöbə müdiri

İşin qısa təsviri:

• Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasına texniki rəhbərliyi həyata keçirilməsi;

Namizədin vəzifə öhdəlikləri:

• Eskiz və işçi layihələrinin hazırlanması;
• Obyektlərin kompleks layihələrinin işlənib hazırlanmasına texniki rəhbərlik edilməsi;
• Layihə təkliflərinin hazırlanması və nəzarət edilməsi;
• Layihələrlə smeta uzlaşmalarının yoxlanılması;
• Smeta qiymətlərinin cari bazar qiymətlərinə uyğunlaşdırılması;
• Baş planların işlənib hazırlanmasında və həllində iştirak edilməsi;
• Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik edilməsi;
• Satınalma proseduruna uyğun təkliflərin hazırlanması;

Namizədə olan tələblər:

• Ali təhsil (İqtisadi və ya memarlıq üzrə);
• Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi;
• Archicad, Autocad, Lumion proqramları üzrə biliklər.

Qeyd: Uyğun namizədlərdən hr@icherisheher.gov.az elektron ünvanına mövzu yerinə “Memarlıq və layihə-smeta şöbəsinin müdiri” yazaraq CV göndərmələri xahiş olunur.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33