166 Yükdaşıma və Logistika şirkəti işçi axtarır - VAKANSIYA

Logistika Koordinatoru
Son tarix 12 iyn 2025
166 Yükdaşıma və Logistika şirkəti “Logistika Koordinatoru – Çin–Azərbaycan Dəmir Yolu Yükləri üzrə” vakansiyası elan edir.
Vəzifə haqqında:
- Komandamıza Logistika Koordinatoru axtarırıq. Namizəd Çin ilə Azərbaycan arasında dəmir yolu ilə daşınan FCL və LCL yüklərin planlaşdırılması, sənədləşməsi və koordinasiyasını təmin edəcək.
Vəzifə öhdəlikləri:
- Çin–Azərbaycan marşrutu üzrə FCL və LCL yüklərin təşkili və izlənməsi;
- Dəmir yolu operatorları, gömrük orqanları və anbarlarla əlaqənin qurulması;
- Gömrük və nəqliyyat sənədlərinin düzgün hazırlanması və yoxlanılması;
- Müştərilərə yükün statusu haqqında vaxtında məlumat verilməsi;
- Gecikmə və ya zədələnmə hallarında operativ həll yollarının tapılması;
- Aylıq hesabatlar və əməliyyat sənədlərinin arxivləşdirilməsi.
Tələblər:
- Logistika və ya nəqliyyat sahəsində minimum 2 il iş təcrübəsi;
- Incoterms, gömrük prosedurları və dəmir yolu sənədlərinə dair biliklər;
- Yüksək təşkilatçılıq və diqqətlilik;
- MS Excel və logistika proqramları ilə işləmə bacarığı;
- Məsuliyyətli və komanda ilə işləmə bacarığı olan namizəd.
Biz təklif edirik:
- Sabit və uzunmüddətli iş perspektivi;
- Peşəkar inkişaf və öyrənmə imkanları;
- Dəstəkləyici və beynəlxalq mühitdə komanda işi.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
- Ünvan: Yasamal rayonu., Şəfayət Mehdiyev küçəsi.
Uyğun namizədlərdən CV-lərini “Logistika Koordinatoru” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.