Vakansiyalar

Bank Respublika işçi axtarır - VAKANSIYA

İnformasiya Təhlükəsizliyi Departamentinin Təhlükəsizlik infrastrukturu şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis

 Son tarix 06 iyn 2025 

Təsvir

  • Şirkətin biznes proseslərində məlumat axınlarının (data flow) analizi və modelləşdirilməsi;
  • Məlumatların emalı və ötürülməsi sxemlərinin vizuallaşdırılması;
  • DLP sisteminin dəstəklənməsi və inkişafı: insidentlərin təhlili, siyasətlərin tənzimlənməsi;
  • Baş vermiş insidentlərin araşdırılması və təhlili;
  • İnsidentlər üzrə statistikanın toplanması və təhlili, hesabatların hazırlanması;
  • İT, hüquq və biznes bölmələri ilə əməkdaşlıq;
  • İnformasiya təhlükəsizliyi standartlarının tətbiq olunması və onlara əməl edilməsinə nəzarət.

Tələblər

  • Ali təhsil (aidiyyatı sahə üzrə);
  • Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dili (yaxşı);
  • DLP sistemlərinin işləmə mexanizmi barədə dərin biliklər;
  • Fərdi məlumatların qorunması və müvafiq normativ tələblər üzrə anlayış;
  • Biznes proseslərin və informasiya axınlarının təhlili təcrübəsi;
  • SQL üzrə əsas biliklər, məlumatların saxlanması və işlənməsi strukturlarını anlamaq;
  • İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).
  • Problemlərin effektiv həll olunması və analitik düşünmə bacarığı.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)