Axtar

“Meqa Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 17-də, saat 10:00-da “Meqa Sığorta” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“ENA” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19A ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30%-lik səhmdarı), 19%-i Nəzakət İsmayılovaya, 19%-i Zaur Quliyevə, 14%-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10%-i Zeynal Əliyevə, 10%-i Faiq Şahəliyevə, 9%-i isə Yaşar Əliyevə məxsusdur.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33