MALİYYƏ

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

"ENA" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 2 faiz bəndi artırılaraq 17 %-dən 19 %-ə çatdırılıb.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin ötən il dekabrın 24-də keçirilmiş iclasında 15 %-dən 17 %-ə qaldırılmış, fevralın 18-i keçirilən iclasında isə sabit saxlanmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)