Elm və Texnologiya

Universitetlərin Bakının mərkəzindən köçürülməsi ilə bağlı Nazirdən açıqlama

Bakının mərkəzində yerləşən universitetlərin köçürülməsi istisna edilmir.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, bu məsələ layihə və ilkin təkliflər formatındadır: “Universitetlərin köçürləcəyini deyə bilmirik, amma istisna edilmir. Sadəcə bu, asan məsələ deyil. Bakının mərkəzindəki universitetlərdə 20 000 tələbə təhsil alır və üstəlik, nə qədər müəllim var”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)