Emin Əmrullayev: Növbəti tədris ilində kağız jurnal ləğv olunacaq
![](https://ena.az/uploads/news/2025-02/_ena_22bc84cee0c3c09457afff25f_o.jpg)
Növbəti tədris ilində kağız jurnal ləğv olunacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, "rəqəmsal məktəb" platformasında şagird, valideyn, müəllim və direktor kabineti olmaqla dörd xüsusiyyət mövcud olacaq:
"Rəqəmsal məktəb" platforması sayəsində valideynlər övladlarının dərs prosesini onlayn şəkildə izləyə biləcək. Ümumiyyətlə, təhsil sisteminin rəqəmsallaşması sürətlə davam edir. Növbəti tədris ilində məktəblərdə jurnallar onlayn platformada olacaq".