Əhalinin banklara nə qədər borcu var? - İLLİK DİNAMİKA
Ötən il Azərbaycanda ev təsərrüfatlarına 17 milyard manat kredit verilib. Bu məbləğin 16 milyard 359 milyon manatını banklar veriblər. Ümumilikdə müqayisə aparsaq, kredit portfelinin 58%-i ev təsərürfatlarına verilib.
Azərbaycan Mərkəzi Bankına istinadən açıqlanan bu rəqəmlərə əsaslanaraq, biznes kreditlərinin real həcmi barədə müəyyən fikirlər yürütmək olar.
Azərbaycanda fəaliyyət göstərən 22 bankın fiziki şəxslərə verilmiş kreditlər üzrə ümumi portfeli isə 8 milyard 445 milyon manat təşkil edir. 2023-cü ildə bu məbləğ 6 milyard 400 milyon manat olub. Yəni ötən bir ildə sırf fiziki şəxs kimi götürülən borclanma 32 faiz artıb.
ENA.az ötən bir il ərzində əhaliyə verilən kreditlərin həcminə görə və dinamikasına görə təhlilini apardı.
Ortaya çıxan mənzərədən görünür ki, pərakəndə bankçılıqda liderlərdən biri KapitalBank 2024-cü ildə 115% artım edərək 2 milyard 939 milyon manatlıq portfelə çatıb. İllik dinamikada TOP-5 üzrə digər yerləri Premium Bank, Ziraat Bank, Bank Respublika və Azər Türk Bankdır.
Bankaların adları |
2024, IV rüb, mly AZN |
2023, IV rüb, mly manatla |
İllik dinamika, % ilə |
Kapital Bank |
2939.4 |
1370.1 |
114.54 |
ABB |
1798.7 |
1751.7 |
2.68 |
Unibank KB |
618.5 |
627.6 |
-1.45 |
Bank of Baku |
579.3 |
476.1 |
21.68 |
Xalq Bank |
328.3 |
361.4 |
-9.16 |
Bank Respublika |
312.3 |
250.7 |
24.57 |
AzƏr Türk Bank |
295.4 |
229.3 |
28.83 |
Rabitəbank |
293.4 |
239.6 |
22.45 |
Yelo Bank |
263.6 |
207.6 |
26.97 |
AccessBank |
239.1 |
227.5 |
5.10 |
Expressbank |
223.0 |
187.4 |
19.00 |
TuranBank |
156.3 |
142.6 |
9.61 |
Bank VTB (Azərbaycan) |
99.5 |
74.8 |
33.02 |
PAŞA Bank |
90.4 |
85.7 |
5.48 |
Yapı Kredi Bank Azərbaycan |
81.9 |
68.0 |
20.44 |
Premium Bank |
40.6 |
19.2 |
111.46 |
Bank BTB |
33.3 |
28.0 |
18.93 |
AFB Bank |
21.8 |
22.0 |
-0.91 |
Bank Avrasiya |
14.5 |
15.5 |
-6.45 |
Azərbaycan Sənaye Bankı |
7.3 |
6.4 |
14.06 |
Ziraat Bank Azərbaycan |
5.4 |
2.8 |
92.86 |
BankMelli İran Bakı filialı |
2.8 |
6.1 |
-54.10 |