MALİYYƏ

Bank BTB-nin depozit portfelinin 94%-i əhalinin pullarından formalaşıb. Əhalinin əmanətləri daha çox hansı banklardadır?

Azərbaycanda ümumi depozit portfeli 40 milyard manatdır. Bunun 14 milyard 661 mln manatı ev təsərrüfatlarının pullarıdır. Bu pulların cəmi 5 milyard 580.2 milyonu manatla, 3 milyard 22.8 milyonu isə xarici valyutada olan müddətli depozitlərdir.

Ümumilikdə Depozit portfelinin 62.1%-i (23,397.5 mln. manat) hüquqi şəxslərin, 37.9%-i (14,299.1 mln. manat) fiziki şəxslərin vəsaitləridir. Yerigəlmişkən bir faktı da diqqətinizə çatdıraq ki, fiziki şəxslərin vəsaitlərində cari kart hesabındakı vəsaitlər də oturur.

ENA.az saytı olaraq, ölkəmizdə bank fəaliyyəti göstərən maliyyə qurumlarında fiziki şəxslərin əmanətlərin həcmi üzrə sıralamasını təqdim edirik. Bu sıralamada həmçinin, fiziki şəxslərin vəsaitlərinin ümumi portfeldə payı üzrə hər bir banka düşən göstəricini hesabladıq.

Mənzərədən belə görünür ki, əhalinin əmanətlərinin hesabına depozit portfeli formalaşan bankların sırasında ilk üç lider – Bank BTB, Bank of Baku və  Bank Avrasiyadır. Bu banklardakı fiziki əmanətlərin 90%-in üzərində olması isə o qədər də yaxşı göstərici deyil. Nəzərə almaq lazımdır ki, depozit portfelinin diversifikasiyası da mühüm amildir və portfelin 94 faiz bir mənbədən formalaşması risklilik baxımından ürəkaçan rəqəm deyil.

Bu həm də  hüquqi şəxslərin, şirkətlərin bu banklarda hesablarının çox cüzi olmasını göstərir.

Bankın adı

Fiziki şəxslərin depozitlərinin həcmi, 2024-cü ilin yekunu, mly manatla

Ümumi depozit portfelinin həcmi, mly manatla

Fiziki şəxslərin əmanətlərin ümumi portfeldə payı, % ilə

ABB ASC

2746.4

10006.5

27.4

Kapital Bank ASC

2594.2

8978.3

28.8

PAŞA Bank ASC

1888.4

6410.1

29.4

Unibank KB ASC

956.4

1204.7

79.3

AccessBank QSC

807.5

1026.5

78.6

Yelo Bank ASC

730.9

928.8

78.7

Bank Respublika ASC

636.2

1348.1

47.1

Bank of Baku ASC

535.2

592.5

90.3

Rabitəbank ASC

462

677.2

68.2

TuranBank ASC

366.9

461.5

79.5

Azərbaycan Sənaye Bankı ASC

293

465.9

62.8

Premium Bank ASC

292

377.7

77.3

Azər Türk Bank ASC

213.1

1460

14.5

Expressbank ASC

202.3

262.1

77.1

Ziraat Bank Azərbaycan ASC

192.8

565.7

34.1

Bank BTB ASC

136.6

145.2

94.1

Yapı Kredi Bank Azərbaycan QSC

106.8

534.8

19.9

Bank VTB (Azərbaycan) ASC

70

114.2

61.2

AFB Bank ASC

60.1

133

45.1

Bank Avrasiya ASC

56.4

63

89.5

BankMelli İran Bakı filialı

 

35.6

 

Xalq Bank ASC

 

1905.4

 
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)