Azərbaycandan Ümrə və Həcc ziyarətinə getmək istəyənlərdən - MENİNGİT VAKSİNİ TƏLƏB EDİLƏCƏK
![](https://ena.az/uploads/news/2025-02/_ena_5f5ef567a505298a8d23cefdf_o.jpg)
2025-ci il fevralın 10-dan etibarən Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi ölkəyə giriş edən bütün səyahətçilərdən meningit peyvəndi tələb edir. Yəni, bu tələblər Azərbaycandan gedən bütün şəxslərə, o cümlədən Ümrə və Həcc ziyarəti zəvvarlarına da aiddir.
ENA.az xəbər verir ki, bu ölkənin Səhiyyə Nazirliyi Həcc və Ümrə vizası ilə gələn bütün sərnişinlərdən Menenqokokk peyvəndi istəyir.
Qeyd edək ki, Menenqokokk ACYWX (Polisaxarid konjugasiya olunmuş) peyvəndi və ya Menenqokokk dördtərkibli (ACYW-135) polisaxarid peyvəndi gəlişdən ən azı 10 gün əvvəl vurulmalıdır. Əgər bu peyvəndi olan varsa, onun tarixindən 3 il keçməməlidir.
Səudiyyə Ərəbistanı həmçinin Poliomielit peyvəndi (yüksək riskli ölkələrdən gələn sərnişinlər üçün məcburidir), Sarı qızdırma peyvəndi (yüksək riskli ölkələrdən gələn sərnişinlər üçün məcburidir) də tələb edir. Lakin bu peyvəndlərin tələb olunduğu risk ölkələri siyahısında Azərbaycanın adı yoxdur.
Ətraflı məlumat üçün rəsmi səhifələrə baxa bilərsiniz:
https://www.moh.gov.sa/en/HealthAwareness/Pilgrims_Health/Documents/Health-Regulations-Umrah-EN.pdf