MALİYYƏ

Dövlət Neft Fondunun səhm portfeli üzrə əldə etdiyi gəlirlərin həcmi məlum olub

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2024-cü ilin sonuna səhm portfeli üzrə əldə etdiyi gəlir 6.3 milyard ABŞ dollarına bərabər olub. Bu isə ötən ilin III rübü ilə müqayisadə 1,5% azdır.

Bu barədə ARDNF-dən bildirilib. Qeyd edilib ki, Fond indiyə kimi səhm portfeli üzrə izlədiyi əsas indeks olan “MSCI World” indeksi üzrə 7,1 mlrd. dollar həcmində yatırım edib. Bu portfel üzrə gəlirlilik 249% təşkil edib. Ümumilikdə, Fondun səhm portfelinin cari dəyəri 13,4 mlrd. dollara bərabər olub. Ötən ilin III rübündə isə bu rəqəm 13,5 mlrd. dollar təşkil etmişdi.

Qeyd edək ki, Fondun ARDNF-nin səhm portfelinə “MSCI World” indeksi üzrə 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə 1395 şirkətin səhmləri daxildir. Bu şirkət səhmlərinin toplam bazar kapitalizasiyası 77 trilyon ABŞ dollarına yaxındır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)