XalqBank kapitalını artırdı, ikinci yerə qalxdı - RENKİNQ
Azərbaycanda bankların nizamnamə kapitalı 50 milyon manatdan az ola bilməz. Minimal tələbdə öz yerini tutan və yenidən inkişaf etmək, bazarda qalmaq üçün ciddi şəkildə çalışan BankBTB-dır. Nizamnaməsi 55 milyon manatadək olan banklar Bank of Baku ASC, Azər Türk Bank ASC-dir.
Azərbaycan Mərkəzi Bankı banklara nizamnamə kapitalını artırmaları üçün tez-tez tövsiyə xarakterli açıqlamalar verir. Lakin gəlirinin bir hissəsini kapitala yönəltmək istəyi banklarda hələki zəifdir.
2024-cü ildə hansı bank nizamnamə kapitalını artırıb?
Sualına gəlincə, rəqəmlər göstərir ki, bu sahədə ötən il ABB və Xalq Bank aktivlik nümayiş etdirib. Nəticədə Xalq Bank 2024-cü ildə nizamnamə kapitalının həcmi görə bir pillə irəliləyərək ikinci yerdə qərarlaşıb.
Beləliklə, nizamnamə kapitalının həcminə görə, bankların RENKİNQİ belədir:
Bankın adı |
Nizamnamə kapitalı, 2024-cü il, yekun, mly AZN |
Nizamnamə kapitalı, 2023-cü il, yekun, mly AZN |
Artım, milyon manatla |
ABB ASC |
1281.3 |
1225.6 |
55.6 |
Xalq Bank ASC |
415.6 |
364.8 |
50.8 |
Yelo Bank ASC |
378.0 |
378.0 |
0.0 |
PAŞA Bank ASC |
354.5 |
354.5 |
0.0 |
Bank VTB (Azərbaycan) ASC |
315.8 |
315.8 |
0.0 |
Kapital Bank ASC |
265.9 |
265.9 |
0.0 |
Premium Bank |
154.6 |
154.6 |
0.0 |
Unibank KB ASC |
138.2 |
138.2 |
0.0 |
AccessBank QSC |
121.7 |
121.7 |
0.0 |
Expressbank ASC |
112.5 |
112.5 |
0.0 |
Rabitəbank ASC |
101.3 |
101.3 |
0.0 |
TuranBank ASC |
100.0 |
100.0 |
0.0 |
Bank Respublika ASC |
74.0 |
74.0 |
0.0 |
BankMelli İran Bakı filialı |
73.6 |
73.6 |
0.0 |
Bank Avrasiya ASC |
71.8 |
71.8 |
0.0 |
AFB Bank ASC |
71.5 |
71.5 |
0.0 |
Ziraat Bank Azərbaycan ASC |
70.4 |
70.4 |
0.0 |
Azərbaycan Sənaye Bankı ASC |
65.5 |
65.5 |
0.0 |
Yapı Kredi Bank Azərbaycan QSC |
60.0 |
60.0 |
0.0 |
Bank of Baku ASC |
55.4 |
55.4 |
0.0 |
Azər Türk Bank ASC |
52.9 |
52.9 |
0.0 |
BankBTB ASC |
50.0 |
50.0 |
0.0 |