Axtar

Azərbaycanda əkin subsidiyası əmsalları artırılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Subsidiya Şurası fermerlərin dizel yanacağı ilə bağlı artan xərclərini kompensasiya etmək məqsədilə əkin subsidiyası əmsallarını artırıb.

Bu barədə "ENA"ya nazirlikdən bildirilib.

Məlumatda deyilir ki, dizel yanacağının qiymətindəki dəyişikliklərin kənd təsərrüfatına mümkün təsirini aradan qaldırmaq üçün dövlət fermerlərə stimullaşdırıcı dəstək tədbirlərini davam etdirir. Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən, Aqrar Subsidiya Şurası kənd təsərrüfatı bitkiləri üzrə 2021-ci ildə fermerlərə əlavə əkin subsidiyası verilməsi barədə qərar qəbul edib. Şuranın qərarında yeni əkin əmsalları öz əksini tapıb. Əkin əmsallarının artırılması Tarif (qiymət) Şurasının dizel yanacağının qiymətinə etdiyi dəyişiklik nəticəsində fermerlərin bitkilərin becərilməsi ilə bağlı yaranmış əlavə xərclərini kompensasiya etmək məqsədi daşıyır. Bu məqsədlə hökumət tərəfindən 2021-ci ilin dövlət büdcəsində əlavə vəsaitin ayrılması nəzərdə tutulur.

Hazırda fermerlərə bitkiçilik sahəsində subsidiya ödənişləri davam edir. Fermerlərə ilkin mərhələdə ötən ilin yekununda təsdiqlənmiş məbləğlər üzrə subsidiyalar ödənilir, yeni əkin əmsalına uyğun artırılmış subsidiya məbləğinin ödənişi isə cari il ərzində həyata keçiriləcək.

Qeyd edək ki, fermerlərə verilən əkin subsidiyasının 25%-i nağd formada, 75%-i isə nağdsız formada mineral gübrə, biohumus, pestisid, sertifikatlı toxum və ting alınmasına sərf edilə bilər. Əkin subsidiyası fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin bir hissəsini kompensasiya edir. Əkin əmsallarının artırılması fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin əkin subsidiyası hesabına daha böyük hissəsini qarşılamağa və bununla da dizel yanacağının qiymətinin artmasından yaranan əlavə xərclərini kompensasiya etməyə imkan verəcək.

Subsidiyalar fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021-ci ildə kənd təsərrüfatı bitkiləri üzrə yeni əkin əmsalları və əkin subsidiyasının məbləği aşağıdakı kimi müəyyən edilib:

Bitki növləri

09.12.2020 təsdiqlənən əkin əmsalı

Əkin subsidiyası (manat/ha)

Yanacağa görə əlavə (manat/ha)

Yeni əkin əmsalı

Cəmi əkin subsidiyası (yeni) (manat/ha)

Buğda:

         

əkin sahələrinin 20 hektarından çox olmayan hissəsinə görə

1,0

200

40

1.2

240

əkin sahələrinin 20 hektarından çox olan hissəsinə görə

0,8

160

20

0.9

180

Çəltik

1,4

280

40

1.6

320

Soya

1,3

260

20

1.4

280

Qarğıdalı

0,8

160

40

1.0

200

Darı

0,8

160

20

0.9

180

Sorqo

0,5

100

40

0.7

140

Digər dənli və dənli paxlalılar (arpa, covdar, vələmir, noxud, mərci və s.)

0,8

160

20

0.9

180

Qarabaşaq

0,9

180

40

1.1

220

Yer fındığı

0,9

180

40

1.1

220

Zəfəran

2,0

400

40

2.2

440

Günəbaxan:

1,0

200

40

1.2

240

Tütün

1,4

280

40

1.6

320

Pambıq

1.1

220

40

1.3

260

Şəkər çuğunduru

1,4

280

50

1.65

330

Kartof

1,2

240

40

1.4

280

Tərəvəz

1,2

240

20

1.3

260

Bostan bitkiləri

1,1

220

20

1.2

240

Yonca

0,25

50

20

0.35

70

Digər bitkilər

0,5

100

30

0.65

130

Üzüm:

         

bağın salındığı ildən ilk 4 il ərzində

3,0

600

40

3.2

640

4 ildən sonrakı illər üzrə

1,2

240

10

1.25

250

Çay:

         

plantasiyanın salındığı ildən ilk 7 il ərzində

3,5

700

40

3.7

740

7-ci ildən sonrakı illər üzrə

1,2

240

10

1.25

250

İntensiv meyvə bağları:

         

bağın salındığı ildən ilk 4 il ərzində

3,5

700

30

3.65

730

4 ildən sonrakı illər üzrə

1,2

240

10

1.25

250

Digər meyvə bağları

1,2

240

10

1.25

250

Giləmeyvəlilər

1,0

200

30

1.15

230

Təkrar əkinlər

0,3

60

26

0.43

86

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33