Ərdoğan sabah Xankəndiyə gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan iyulun 4-də Xankəndiyə gələcək.
Bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısında iştirak etmək üçün 4 iyul 2025-ci il tarixində Azərbaycanın Xankəndi şəhərinə səfər edəcək.
Bildirilib ki, sammitdə iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilatda islahatlar kimi məsələlər müzakirə olunacaq, üzv ölkələr arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılacaq.