Sağlamlıq

Moskvadakı şirkətlər yenidən distant iş rejiminə qayıdır

Rusiyanın paytaxtı Moskvanın meri Sergey Sobyanin şəhərdəki şirkətlərə distant iş rejiminə keçməyi tövsiyə edib.

“RİA Novosti” yazır ki, bunu meriyanın Mətbuat xidməti idarəsinin rəis müavini Boris Bulay bildirib.

Məlumata görə, bu, insanların bir-biri ilə təmasının maksimal dərəcədə azalmasına və vətəndaşların təhlükəsizliyinə yönəlib.

S.Sobyanin həmçinin “Sberbank”, “Yandex” və “Rostec”ə bəzi işçilərin distant işə qaytarılması ilə bağl məktublar göndərib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)