Sosial iqtisadiyyat

Leysan yağacaq, dolu düşəcək - HAVA DƏYİŞİR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq edib. 

Milli Hidrometeorologiya Xidmətindən "ENA"ya verilən məlumata görə, sentyabrın 3-ü gündüzdən 4-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi  gözlənilir.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department