Daha bir audit şirkətinə lisenziya verildi

Azərbaycan Respublikası Auditorlar Palatası daha bir audit şirkətinə lisenziya verib.
ENA.az xəbər verir ki, bu, “RNN Partners Co” MMC-dir.
Şirkətə təqdim edilən 1 AT/345 nömrəli lisenziya beş il müddətinə təqdim edilib.
Qeyd edək ki, “RNN Partners Co” MMC 2024-cü ildə təsis edilib və 100 manat nizamnamə kapitalı var. Şirkətin direktoru Cəfərov Cavid Qafar oğludur.