Bank

Azərbaycana Rusiyadan daxil olan pul baratları azaldı. TOP-5 ölkələr hansılardır?

Bu ilin I rübündə Azərbaycana xaricdən 229,5 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 112,7 milyon ABŞ dolları pul köçürülüb.

Azərbaycan Mərkəzi Bankın;n Statistika departamentinin direktoru Samir Nəsirovun sözlərinə görə, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiya (85,6 milyon ABŞ dolları), Türkiyə (39,6 milyon ABŞ dolları), ABŞ (23,3 milyon ABŞ dolları), Böyük Britaniya (8,8 milyon ABŞ dolları) və Birləşmiş Ərəb Əmirliklərindən (7,8 milyon ABŞ dolları) daxil olub.

"Ölkəyə daxil olan pul baratları ötən ilin eyni dövrünə nisbətən təxminən 15 milyon və ya 28 % azalıb. Aydındır ki, bu da Rusiyadan daxilolmaların azalması ilə bağlıdır", - deyə AMB rəsmisi əlabə edib.

Bundan başqa, onun sözlərinə görə, rüb ərzində ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (32,4 milyon ABŞ dolları), ABŞ (18,8 milyon ABŞ dolları), Rusiya (9,5 milyon ABŞ dolları), Gürcüstan (7 milyon ABŞ dolları) və Birləşmiş Krallıq (6 milyon ABŞ dolları) qərarlaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)