Sosial iqtisadiyyat

Azərbaycanın xidmətlər balansında yaranan kəsir 36.3% artıb

2025-ci ilin yanvar-mart ayları ərzində xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 4.7 mlrd dollar olub. Bunun 2.7 mlrd. dolları xarici ölkə vətəndaşları tərəfindən Azərbaycanın vətəndaşlarına, 2 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 36.3% artıb. Yəni, Azərbaycanın xidmət ixrac-idxalında kəsir 2024-cü ilin birinci rübündə 552 milyon dollar, 2025-ci ilin birinci rübündə isə 753 milyon dollar kəsiri var.

Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 375.3 milyon dollar olub. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 377.5 mln dollardır. Qarşılıqlı xidmətlər dövriyyəsinin 26.7%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1.2 mlrd.$ olan nəqliyyat xidmətlərinin 63.1%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır.

Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 788.9 mln.$, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 460.6 mln.$ təşkil edib.

Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 23.3%, idxalı isə 4.9% artıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 17.8% artaraq 328.3 mln.$ olub. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ilin I rübündə 278.7 mln.$-ı təşkil etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)