UBS hesabatı: Dollar milyonçularının ən çox artdığı ölkə Türkiyədir

İsveçrədə yerləşən UBS Group AG 2024-cü il üçün Qlobal Sərvət Hesabatını dərc edib. Müvafiq olaraq, dünyada dollar milyonerlərinin sayı 1,2 faiz (684 min nəfər) artıb.
Beləliklə, 2024-cü ildə dünyada hər gün təxminən 2000 yeni dollar milyonçusu peyda olub. 56 ölkənin araşdırıldığı hesabatda dollar milyonçularının sayında ən çox artım müşahidə edilən ölkə Türkiyə olub.
Hesabata görə, Türkiyədə adambaşına düşən sərvət keçən il 35 faizdən çox artıb. Dünyada milyonçuların sayının orta artım tempi 1,2 faiz olduğu halda, Türkiyədə yüzdə 8,4 olması diqqət çəkir. Ötən il dollar milyonçularının sayı 7 min artaraq 68 minə yaxınlaşıb.