Gündəm

AAYDA sədrindən yeni təyinat

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “8 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yeni direktor təyin edilib.

AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun müvafiq əmri ilə Mayis Fərəhim oğlu Qədirov MMC-yə direktor təyin olunub.

Qeyd edək ki, bu ilin may ayında “8 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Novruzov vəzifəsindən azad edilib. Onun yerinə müvəqqəti MMC-nin baş mühasibi Səmayıl Ramazanov gətirilmişdi.(Qaynarinfo)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)