Qaxda əməliyyat - İcra başçısı, müavinləri və rayonun bir neçə rəsmi şəxsi saxlanılıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.
ENA.az xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə rəsmi şəxsi saxlanılıraq Bakıya gətirilir.
Qeyd edək ki, xəbəri "News24.az" saytı yayıb.
***
Məlumata görə, əməliyyat nəticəsində başçıdan əlavə daha bir neçə vəzifəli şəxs saxlanılıb. Cinayət məsuliyyətinə cəlb ediləcək vəzifəlilər ilkin dindirmədən sonra 48 saat ərzində Səbail Rayon Məhkəməsinə çıxarılacaqlar.
Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunub.
İcra başçısı ilə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmalar gedir.
İstintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılır.
(Qafqazinfo)