İranda bankdan pul götürüb,qaytarmayıb - EKSTRADİSİYA EDİLƏCƏK
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İranda dələduzluqda təqsirləndirilən Mohommadreza Ahmadi öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin verdiyi təqdimat üzrə məhkəmə iclası başa çatıb.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqdimat təmin edilib. Məhkəmə M.Ahmadinin İrana ekstradisiya olunması barədə qərar çıxarıb.
Qeyd edək ki, İran vətəndaşı M.Ahmadi ölkəsində bankdan kreditə pul götürüb, qaytarmayıb. Daha sonra həmin şəxs hüquq-mühafizə orqanlarına müraciət edib. Təbriz Şəhər Məhkəməsi M.Ahmadi barəsində 2 il qiyabi həbs qərarı çıxarıb.
Daha sonra M.Ahmadi barəsində beynəlxalq axtarış qərarı çıxarılıb. O, bu il Azərbaycanda saxlanılıb. Xəzər Rayon Məhkəməsi M.Ahmadinin barəsində həbs qətimkan tədbiri seçib.