Koronavirusun daha 6 əlaməti aşkarlandı
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi İdarəsinin saytında yerləşdirilmiş məlumatlara koronavirusun daha bir neçə əlaməti əlavə edilib.
Bu barədə “ENA” RİA “Novoti”yə istinadən xəbər verir.
Qeyd edilir ki, koronavirusun daha 6 əlaməti mövcuddur. İndi simptomların siyahısına hərarət, qızdırma ilə müşahidə edilən titrəmə, əzələ ağrısı, boğaz ağrısı və dad və ya iybilmə hissinin itməsi əlavə edilib.
Koronavirusa yoluxmuş xəstələr bu simptomlar haqqında tez-tez danışırlar.
Daha əvvəl ABŞ-ın sanitar tənzimçisi koronavirusun yalnız üç ümumi simptomunu təsvir edib. Bunlar yüksək temperatur, öskürək və nəfəsalmada çətinlikdir.
ABŞ-da artıq koronavirusa 950 mindən çox yoluxma halı təsdiq edilib, 54 mindən çox insan ölüb. Birləşmiş Ştatlar dünyada COVID-19-a yoluxanların və ölənlərin sayı üzrə liderdir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 2 804 796-ya çatıb, ölüm hallarının sayı 193 722 təşkil edir.
ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.