Sağlamlıq

Kəşfiyyat orqanları yarışda: “Peyvəndi tapan ölkə milyardlar qazanacaq”

Koronavirusla bağlı dünya ölkələrinin kəşfiyyat orqanları aktiv fəaliyyət aparır.

Məlumata görə, bu barədə TOBB İqtisadiyyat və Texnologiya Universitetinin (TOBB ETÜ - Ekonomi və Teknoloji Ünversitesi) kəşfiyyat orqanlarının fəaliyyətinə dair təhlilləri ilə tanınan əməkdaşı Nihat Əli Özcan danışıb.

“Məsələn, epidemiya Uhanda başladığına görə, buradakı xəstəxanaların, səhiyyə idarələrinin öz aralarında və ya dövlət rəsmiləri ilə qurduqları təmaslar kəşfiyyat orqanlarının diqqətini çəkir. Xəstəxanalarda çalışanlarla əlaqə yaradıla bilər. Xüsusən, morq əməkdaşları, həmçinin məzarlıq işçiləri də yaxşı məlumat mənbəyi ola bilər.

Kəşfiyyat orqanlarının diqqətini çəkə biləcək ən önəmli mövzulardan biri də epidemiyanın qarşısını almaq üçün istər özəl şirkətlər, istərsə də dövlət orqanları səviyyəsində kimin nələr etməsi, bunların izlənməsidir. Dərman və peyvənd tapılması üzərində araşdırmalar xüsusilə diqqət çəkir.

Dərmanı və ya peyvəndi tapan ölkə patentini aldıqdan sonra qarşısında yeddi-səkkiz milyard insanlıq bir bazar görəcək. Bir ampula peyvənddən ən pis halda bir dollar qazansanız, əldə edəcəyiniz gəliri düşünün.

Üstəlik, peyvənd və dərman istehsalı zamanı gəlir heç vaxt bir dollar səviyyəsində olmaz. Hələ başlanğıc dövrdə qiymətlər daha yüksək ola bilər. Hər kəs bu istiqamətdə gizli fəaliyyət apararkən, bir-birini də yaxından izləyir”, - deyə N.Özcan bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)