Rusiyalı nazirdən - NEFT AÇIQLAMASI
Uzunmüddətli perspektivdə neftin qiyməti 2025-2030-cu ilə qədər 50 dollar/barelə qədər aşağı düşəcək.
"BI" xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin 2036-ci ilə qədər uzunmüddətli makroproqnozun nəzərdən keçirildiyi hökumət iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
"Hesablamalarımıza görə, 2025-2030-cu ilə qədər neftin qiyməti, təxminən, 50 dollar/barel səviyyəsində olacaq və ardından real olaraq bu səviyyədə qalmağa davam edəcək", - nazir deyib.