Sağlamlıq

New York koronavirusdan ölənlərin sayında ən dəhşətli günü yaşadı

ABŞ-da koronavirus epidemiyasından ölənlərin sayı son 24 saatda 921 nəfər artaraq 6 588-ə çatdı. ABŞ-da koronavirüs epidemiyasının ən ağır yaşandığı yerlərdən biri olan New York, bu gün ölü sayına görə ən dəhşətli gününü yaşadı.

Vəziyyəti şərh edən New York Qubernatoru Endryu Cuomo, son 24 saatda ştatda 562 adamın öldüyünü və ümumi ölü sayının 2.935-ə yüksəldiyini açıqladı. Şəhərdəki ümumi yoluxma sayı 92 min 381-dən 102 min 863-ə yüksəldi.

Xəstəxanada 14 min insanın müalicə olunduğu və 3700 insanın reanimasiyada olduğunu bildirdi. Qubernator Cuomo xəstəxanaların əslində koronavirus xəstələri üçün reanimasiya mərkəzlərinə çevrildiyini söylədi. "New Yorka kömək edin", - deyən Cuomo, Çindən qoruyucu vasitələr almaq üçün Alibaba ilə çalışdıqlarını açıqladı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)