Sosial iqtisadiyyat

Qazaxıstan sərhədçiləri 4 Azərbaycan vətəndaşını saxlayıb

Qazaxıstan Sərhəd Xidməti ötən gün axşam Xəzərdə dəniz sərhədini pozan 4 Azərbaycan vətəndaşını saxlayıb.

ENA” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, “Sərbaz” sərhədçi gəmisi tərəfindən aşkarlanan kiçik gəmi göndərilən sorğulara cavab verməyərək qaçmağa cəhd göstərsə də, təqib edilərək saxlanılıb.

Saxlanılan şəxslər barəsində dövlət sərhədini qəsdən qanunsuz olaraq keçmək maddəsi ilə istintaqa başlanılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)