Sənaye

Gələn ilin dövlət büdcəsində neftin qiyməti bəlli oldu

Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsi layihəsində neftin qiyməti bəlli olub.

Bİ.az-ın əldə etdiyi məlumata görə, 2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti əvvəlcə 45 dollar səviyyəsində müəyyənləşdirilmişdi.  Sonradan büdcəyə yenidən baxılanda neftin 1 barelinin qiyməti 55 dollara qaldırıldı.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri ötən həftə Nazirlər Kabinetində müzakirə olunduqdan sonra Prezidentə təqdim olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)