Azərbaycana pul köçürmələrinin həcmi azalıb: AMB-nin məlumatı

2019-cu ilin I yarısında Azərbaycana pul köçürmələrinin həcmi 495,4 mln. dollar təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycana pul köçürmələrinin həcmi 681 mln. dollar olub. Yəni, 2019-cu ilin birinci yarısında pul köçürmələrinin həcmi 27,3% azalıb.
Eyni zamanda, ikinci rübdə pul köçürmələrinin həcmi birinci rübdə 215 mln. dollara qarşı 280,4 mln. dollar təşkil edib.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi 1 mlrd. 80 mln. dollar olub.