MALİYYƏ

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 5 faiz artıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta haqları üzrə daxilolmalar 9,9 milyon manata yaxın olub.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb.

Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 1,5 milyon manata yaxın olub ki, bu da 2024-cü ilin eyni dövrünə nisbətən 8,5 faiz artım deməkdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)