Mərkəzi Bankın rəhbərliyinə ötən il 2.7 milyon manat əməkhaqqı ödənilib

Ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə əmək haqqı ödənişləri 2 milyon 701 min manat, sosial fondlara ayırmalar isə 550 min manat təşkil edib. Ümumilikdə rəhbərliyə çəkilən xərclər 3 milyon 251 min manat olub.
Bu barədə 2024-cü il üzrə konsolidasiya edilmiş audit hesabatında qeyd edilir.
Bununla da əmək haqqı xərcləri əvvəlki illə müqayisədə 40% artmış olub. Ötən ilin müvafiq dövründə 1 milyon 930 min manat ödəniş edilmişdi.
Hazırda İdarə Heyətinin sədri Taleh Kazımovdur. Əliyar Məmmədyarov sədrin birinci müavini, Əli Əhmədov, Toğrul Əliyev, Gülər Paşayeva və Vüsal Xəlilov isə müavindirlər.