Azərbaycanda kapital bazarının həcmi 2,6 dəfə artıb

Böhran təcrübəsi kapital bazarlarının nə qədər mühüm alət olduğunu göstərir.
Azərbaycan Mərkəzi Bankının Baş direktoru Tərlan Rəsulovun sözlərinə görə, son illər Azərbaycanın kapital bazarlarının inkişafına diqqət artırılıb.
Alternativ maliyyələşmə mənbələrinin genişıənməsi ümimilikdə iqtisadiyyatımız üçün mühüm əhəmiyyət daşıyır.
Bu sahədə qlobal göstəricilərə gəlincə, dünya bazarının həcmi 300 trilyon dollardır. Son on ildə bazar 65 faiz artıb. Qlobal səhm bazarı 110 trilyon dollar, qlobal korporativ istiqraz bazarı isə 2,4 trilyon dollardır.
"Qlobal kapital bazarı qlobal ÜDM-ni 3 dəfə üstələyir. Azərbaycanda isə qiymətli kağızlar bazarı 2024-cü ildə 62 faiz artıb. Kapital bazarının həcmi isə 2,6 dəfə artaraq 72,5 milyard manat təşkil edir"- deyə T.Rəsulov qeyd edib.