MALİYYƏ

Dövlət istiqrazları yenidən bazara qayıdacaq 

Sahil Babayevin maliyyə naziri təyin olunmasından sonra dövlət istiqrazlarının vaxtından əvvəl geri çağırılması təəccüblə qarşılanmışdı.

ENA.az xəbər verir ki, Maliyyə Nazirliyi yanında dövlət borclarının və maliyyə öhdəliklərinin idarəedilməsi Agentliyinin sədri Azər Mursaqulovun sözlərinə görə, yaxın vaxtlarda dövlət qiymətli kağızları yenidən bazara qayıdacaq. 

Hazırda isə bu kağızların həcmi 9 milyard manat təşkil edir və təkrar bazarı 5 dəfə artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)