Avtomobil

Sabah Bakının bu küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Sabah saat 08:00-dan mayın 27-si saat 22:00-a qədər Bakının Nizami rayonunun Elşən Süleymanov küçəsində (Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissədə) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

ENA.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

“Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)