MALİYYƏ

Bir ildə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 15% azalıb

Azərbaycanda pul bazası bu il avqustun 1-nə 10 milyard 574 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ilin əvvəli ilə müqayisədə pul bazası 10,8%, son bir ildə isə 19% artıb. 

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyulun 1-nə 1 milyard 87 milyon manat təşkil edib və bu o deməkdir ki, son bir ildə bu rəqəm 14,85% azalıb.

Eyni zamanda AMB-nin valyuta ehtiyatları bu il avqustun 1-nə 5 milyard 962 milyon ABŞ dollarına çatıb və ilin əvvəlinə nisbətən AMB-nin valyuta ehtiyatları 6%, son bir ildə isə 7,5% artıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)