Bank

5 bankın öhdəlikləri 1 milyard manatdan çoxdur

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin öhdəlikləri 1 milyard manatdan çoxdur.

"ENA" xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (7 162,517 milyon manat), "PAŞA Bank" (4 193,674 milyon manat), "Kapital Bank" (3 162,903 milyon manat), "Xalq Bank" (1 931,529 milyon manat) və "Bank Respublika"dır (1 028,522 milyon manat).

Qalan 25 bankdan 5-nin öhdəlikləri 0,5 - 1 milyard manat arasında, 16 bankın öhdəlikləri 100 - 500 milyon manat arasında, 3 bankın öhdəlikləri 10-100 milyon manat arasında, 1 bankın Pakistan Milli Bankının Bakı filialının öhdəlikləri isə cəmi 566 min manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)