Gündəm

Paşinyan Türkiyədə işgüzar səfərdədir

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib.

Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədə yazıb.

"Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfərə gedib. İstanbul beynəlxalq hava limanında baş naziri Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb", - o qeyd edib.

O əlavə edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan baş naziri ilə görüşü iyunun 20-si axşam saatlarında baş tutacaq.

N.Paşinyan İstanbulda həmçinin yerli erməni icmasının nümayəndələri ilə görüşəcək.

Ermənistan hökumətinin mətbuat xidməti bildirib ki, Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində xarici işlər naziri Ararat Mirzoyan, XİN başçısının müavini Vahan Kostanyan, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, parlament sədrinin müavini Ruben Rubinyan var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)