İsrail İranı vurdu. Təbriz və Tehranda partlayışlar oldu - VİDEO - YENİLƏNİB

İranın dövlət mediası xəbər verir ki, bu arada İsrail təyyarələri İranın Təbriz və Şiraz şəhərlərində bir neçə hədəfə zərbələr endirib. Bu zərbələr Təbriz hava limanına və Şirazda raket istehsalı zavoduna endirilib.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, onun əsas prioriteti regiondakı Amerika qüvvələrini qorumaqdır və ABŞ mediası prezident Donald Trampın Nazirlər Kabinetini fövqəladə iclasa çağırdığını bildirib.
09.06.
İranın paytaxtı Tehranda güclü partlayış səsləri eşidilib. İsrailin İrana hücum etməsi ilə əlaqədar İsrailin müdafiə naziri Yisrael Katz İrandan ola biləcək hər hansı cavaba qarşı fövqəladə vəziyyət elan edib.
İran dövlət televiziyası İsrailin zərbələrində Natanz nüvə obyektinin hədəf alındığını bildirib. Hücumlar nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami ölüb. Bildirilib ki, Hüseyn Səlami ilə birlikdə İranın Baş Qərargah rəisi də həyatını itirib.
Təbrizə hücum
İranın müxtəlif şəhərlərinə hücumlar təşkil edən İsrailin Təbriz şəhərini də hədəf aldığı bildirilib.
İran İnqilab Keşikçiləri Qvardiyasına yaxınlığı ilə tanınan Sepahnews İsrailin Təbriz şəhərində 5 nöqtəni hədəf aldığını açıqlayıb.
Hücumda can və mal itkisi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Netanyahunun bəyanatı
İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı hücuma keçdiklərini və hücumların “təhlükə aradan qaldırılana qədər” davam edəcəyini bildirib.
Netanyahu İsrail Baş Nazirlik dəftərxanası tərəfindən yayımlanan çıxışında “İsrailin sağ qalması təhlükəsini aradan qaldırmaq” bəhanəsi ilə İrana hücuma keçdiklərini açıqlayıb.
İranın İsrailə qarşı təhdidləri aradan qaldırılana qədər hücumların davam edəcəyi ilə təhdid edən Netanyahu, İranın İsrailə qarşı soyqırım ritorikasını inkişaf etdirdiyini və bunu nüvə proqramı ilə dəstəklədiyini iddia edib.
Netanyahu deyib ki, İran atom bombası istehsal edəcək qədər uranı zənginləşdirib və silah istehsal etmək üçün əvvəllər atmadığı addımlar atıb. Bu sürətlə İranın çox qısa müddətdə nüvə silahı istehsal edə biləcəyini deyən Netanyahu bunun İsrail üçün təhlükə olduğunu deyib.
İsrailin 13-cü kanalına İsrail rəsmisi deyib: “Biz günlərlə davam edəcək münaqişəyə hazırlaşırıq”.
İsrail təhlükəsizlik mənbəsinin sözlərinə görə, İran Baş Qərargah rəisinin hücumda öldürülməsi ehtimalı artır.
İsrail ordusu: Hücuma başladıq
İsrail ordusu İranın nüvə proqramına zərbə vurmaq üçün qabaqlayıcı, dəqiq və birləşmiş zərbələr endiriblər.
İsrail ordusunun bəyanatında deyilir ki, İrana hücumlarda onlarla reaktiv təyyarə iştirak edib.
“İranın müxtəlif bölgələrindəki nüvə hədəfləri də daxil olmaqla, onlarla hərbi obyektə zərbələrin endirilməsini əhatə edən birinci mərhələ başa çatıb”, - deyə məlumatda bildirilir.
Bəyanatda İranın nüvə silahına sahib olmağa “həmişəkindən daha yaxın” olduğu iddia edilib və İranın silahlarının İsrail və bütün dünya üçün təhlükə yaratdığı iddia edilib.
İsrail öz vətəndaşlarını müdafiə etmək üçün "lazım olan yerə" hücum etməklə hədələnib.
ABŞ-dan açıqlama
ABŞ dövlət katibi Marko Rubio İrana hücumda ABŞ-ın əli olmadığını, lakin İsrailin onlara bu hücumun zəruri olduğunu bildirdiyini bildirib.
Rubio deyib ki, İran onları hədəfə almamalıdır.
ABŞ-ın respublikaçı senatoru Lindsi Graham hücuma toxunaraq, "Oyun davam edir. İsrail üçün dua edirik" deyib.
İran dövlət televiziyası: İsrailin hücumları nəticəsində 5 nəfər ölüb
İsrailin İranın paytaxtı Tehrana hücumları nəticəsində ilkin məlumatlara görə 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
İran dövlət televiziyası İsrailin Tehrana hücumları barədə məlumat yayıb.
Tehranda mülki yaşayış məntəqələrinə edilən hücumlarda ilkin məlumatlara görə 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
İran lideri Xamenei İsrailə sərt cavab verəcəklərini bildirib
İran lideri Əli Xamenei İsrailin hücumlarında bəzi komandir və elm adamlarının həyatını itirdiyini ifadə edərək, İsrailə sərt cavab verəcəklərini açıqlayıb.
Dövlət televiziyasının məlumatına görə, Əli Xamneyi İsrailin İrana hücumları ilə bağlı yazılı mesaj yayıb.
Mesajında İsrailin yaşayış məntəqələrinə hücumu ilə "şər mahiyyətini" göstərdiyini bildirən Xamenei, "Bu rejim bilməlidir ki, onu ağır bir cəza gözləyir", - ifadəsini işlətdi.
İran silahlı qüvvələrinin İsraili tək qoymayacağını bildirən Xamenei, "Düşmənin hücumlarında bir neçə komandir və elm adamı şəhid oldu. Onların yerinə gələnlər və həmkarları dərhal öz vəzifələrini yerinə yetirəcəklər" deyib.
Xamenei mesajında "Sionist rejim bu qətllə özünə ağrılı və əzablı bir aqibət hazırladı və mütləq bunun cəzasını alacaq" bəyanatını verib.