Visa Azərbaycanın daxil olduğu regiona yeni prezident təyin etdi

Visa Tariq Mahmudu Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika üzrə Regional prezident təyin edir.
Məlumata görə, rəhbər Visa-nı təmsil edəcək və onun əməliyyatlarına başçılıq edəcək.
Visa şirkəti bu gün c-b Tariq Mahmudun Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (CEMEA) üzrə Regional Prezident vəzifəsinə təyinatını elan edib. Visa lideri olan c-b Mahmud yeni rolunda 86-dan artıq bazarda Visa-nın fəaliyyətini istiqamətləndirəcək.
C-b Mahmud bu rola 30 ildən çox bank və ödəmələr təcrübəsi gətirir. Sonuncu iş yerində o, Londonda yerləşərək, Visa-nın Avropa regionu üzrə əlavə dəyərli xidmətlərin başçısı kimi çalışıb. Visa-da ilk vəzifəsi isə 2019 ildə Cənub-Şərqi Asiya üzrə qrup ölkə meneceri (Sinqapur ofisi) olmuşdur. Visa-ya qoşulmazdan öncə o, Ahli United Bank, ANZ və HSBC-də yüksək vəzifələrdə işləyib. Yeni təyinatın dərhal ardından c-b Mahmud Dubayda yerləşərək Visa-nın Qlobal Bazarlar üzrə qrup prezidenti c-b Oliver Cenkinin /Oliver Jenkyn/ birbaşa tabeliyində çalışacaq.
Bu vəzifədə Tariq Mahmud /Tareq Muhmood/ c-b Əndrü Torreni /Andrew Torre/ əvəz edir. C-b Torre bir az bundan qabaq Visa-nın Əlavə dəyərli xidmətlər biznesinin qlobal direktoru olub.