Bank

Azərbaycanın cari əməliyyatlar balansının profisiti 34 faiz azaldı

Bu ilin yanvar-mart ayları üzrə xarici mühit Azərbaycan iqtisadiyyatı üçün əlverişli olub. Ölkənin cari əməliyyatlar balansı 1,1 milyard dollar profisitlə bitib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 34% azdır.

Azərbaycan Mərkəzi Bankının Statistika Deportamentinin direktoru Samir Nəsirovun sözlərinə görə, yaranan profisit ilkin gəlirlər və xidmətlər balansındakı kəsirləri tam örtüb.

"Profisitin formalaşmasında xarici ticarət və təkrar gəlirlər balansı əsas rol oynayıb. Belə ki, xarici ticarət balansında 2,4 milyard ABŞ dolları, təkrar gəlirlər balansında isə 0,1 milyard ABŞ dolları profisit formalaşıb", - deyə o qeyd edib.

Qeyd edək ki, ilkin gəlirlər balansında kəsir birbaşa investisiyalar üzrə gəlirlərlə bağlı olub. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)