“Unibank”ın İdarə Heyətinə təyinat olub

“Unibank KB” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Məlumata görə, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Bu, Andrey Grab Romanoviç İdarə Heyətinin üzvü seçilib və paralel olaraq Baş Risk inzibatçısı təyin edilib.
Bununla da İdarə Heyətinin üzvlərinin sayı sədrlə birlikdə altı nəfərə yüksəlib. İdarə Heyətinin digər üzvləri Faiq Zeynalov Vahib oğlu, Emin Rəsulzadə Fərid oğlu, Heybət Qədirov Həsənağa oğlu və Tural Həsənov Nurəddin oğludur.
Andrey Grab bundan öncə Rusiya, Çin, Qazaxıstan və Ukrayna kimi ölkələrdə çalışıb. Onun ümumilikdə 18 illik bank sahəsi üzrə təcrübəsi var.