Bank

“Zıraat Bank Azərbaycan”ın xalis mənfəəti 26 dəfə azalıb

“Zıraat Bank Azərbaycan” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 194,16 milyon manat təşkil edib.

ENA.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 15,5% azdır.

“Zıraat Bank Azərbaycan”ın aktivlərinin 117,732 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 33% böyüyüb.

Hesabat dövründə “Zıraat Bank Azərbaycan”ın cəmi öhdəlikləri 23,4% azalaraq 124,728 milyon manata, o cümlədən depozit portfeli 30,4% azalaraq 65,658 milyon manata düşüb, cəmi kapitalı isə 3,5% artaraq 69,432 milyon manata çatıb.

Bu ilin yanvar-iyun aylarında “Zıraat Bank Azərbaycan”ın gəlirləri 10,668 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 24,7% çox), xərcləri 6,247 milyon manat (13% çox), xüsusi ehtiyatlara ayırmaları 2,575 milyon manat (55,9% çox), mənfəət vergisi ödəmələri isə 1,846 milyon manat (7,8 dəfə çox) təşkil edib. Son nəticədə Bank I yarımili 43 min manat xalis mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 26,4 dəfə azdır. 

Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)