Hesabatlar

“AFB Bank” I rübdə mənfəət itkisi ilə üzləşib

"AFB Bank" ASC bu ilin I rübünü 1,128 milyon manat mənfəətlə başa vurub.

ENA.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə azdır.

Yanvar-mart aylarında "AFB Bank"ın gəlirləri 13,414 milyon manat (1 il əvvələ nisbətən 71,2 % çox), xərcləri 13,088 milyon manat (94 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 802 min manat (35 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "AFB Bank"ın aktivləri 482,008 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 60,9 % çoxdur. Bunun 315,121 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 80,6 % böyüyüb.

Hesabat dövründə "AFB Bank"ın öhdəlikləri 83,1 % artaraq 402,939 milyon manata, o cümlədən depozit portfeli 2,1 dəfə artaraq 274,3 milyon manata çatıb, balans kapitalı isə 0,6 % azalaraq 79,069 milyon manata düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)