Sosial

Gürcüstanın Azərbaycandan qida və içki idxalına çəkdiyi xərc 63 % artıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 34 milyon ABŞ dolları dəyərində qida və içki idxal edib.

Məlumatlara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 63 % çoxdur.

Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrdən 1 milyard 111 milyon ABŞ dolları dəyərində qida və içki alıb ki, bu da bir il əvvəlki göstəricidən 16 % çoxdur.

Hesabat dövründə Gürcüstan Rusiyadan 233 milyon ABŞ dolları, Türkiyədən 120 milyon ABŞ dolları, Ukraynadan 78 milyon ABŞ dolları, Braziliyadan 58 milyon ABŞ dolları, Amerika Birləşmiş Ştatlarından 48 milyon ABŞ dolları dəyərində məhsul alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)