Avqustda “Aqrarkredit”in ümumi dəyəri 10 milyon manatdan çox olan daşınmaz əmlakları hərraca çıxarılır – SİYAHI
“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı avqust ayında balansında olan bir sıra daşınmaz əmlakları açıq hərraca çıxaracaq.
ENA.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərfindən təşkil edilən ilk hərrac 5 avqust 2026-cı il saat 10:00-da keçiriləcək. Hərracda Bakı şəhəri, Yasamal rayonu, Yamac küçəsi, 2-ci döngədə yerləşən, 242,8 kvadratmetr sahəsi və 0,0156 hektar torpaq sahəsi olan fərdi yaşayış evi satışa çıxarılacaq. Əmlakın start qiyməti 1 milyon 170 min manat, beh məbləği isə 5 850 manat müəyyən edilib.
Növbəti hərraclar 20 avqust tarixində keçiriləcək. Saat 10:00-da təşkil olunacaq hərracda əsasən Xətai rayonunun Xudu Məmmədov küçəsində və Yasamal rayonunun Arif Mehdiyev küçəsində yerləşən 19 qeyri-yaşayış sahəsi satışa çıxarılacaq. Bu əmlakların start qiymətləri 44 min manatdan başlayaraq 864 min manatadək dəyişir.
Həmin gün saat 11:00-da keçiriləcək digər hərracda isə Yasamal rayonunun Arif Mehdiyev küçəsində yerləşən daha 8 qeyri-yaşayış sahəsi alıcılara təklif olunacaq. Bu əmlakların start qiymətləri 253 950 manat ilə 587 min manat arasında dəyişir.
Beləliklə, avqust ayında keçiriləcək hərraclarda ümumilikdə 28 daşınmaz əmlak satışa çıxarılacaq. Onların ümumi start qiyməti təxminən 10,26 milyon manat təşkil edir.
Bütün hərraclar Hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcək.
Hərraca çıxarılan əmlaklar
5 avqust 2026, saat 10:00
Yasamal rayonu, Yamac küçəsi, 2-ci döngə – fərdi yaşayış evi – 242,8 kv.m – 1 170 000 manat
20 avqust 2026, saat 10:00
Xətai rayonu, Xudu Məmmədov küçəsi – 75,7 kv.m – 181 680 manat
Xətai rayonu, Xudu Məmmədov küçəsi – 169,3 kv.m – 406 320 manat
Xətai rayonu, Xudu Məmmədov küçəsi – 170 kv.m – 408 000 manat
Xətai rayonu, Xudu Məmmədov küçəsi – 190 kv.m – 456 000 manat
Xətai rayonu, Xudu Məmmədov küçəsi – 1 560 kv.m – 414 000 manat
Xətai rayonu, Xudu Məmmədov küçəsi – 36,5 kv.m – 80 300 manat
Xətai rayonu, Xudu Məmmədov küçəsi – 360 kv.m – 864 000 manat
Xətai rayonu, Xudu Məmmədov küçəsi – 20 kv.m – 44 000 manat
Xətai rayonu, Xudu Məmmədov küçəsi – 37 kv.m – 81 400 manat
Xətai rayonu, Xudu Məmmədov küçəsi – 39,4 kv.m – 86 680 manat
Xətai rayonu, Xudu Məmmədov küçəsi – 116,3 kv.m – 255 860 manat
Xətai rayonu, Xudu Məmmədov küçəsi – 192,3 kv.m – 423 060 manat
Xətai rayonu, Xudu Məmmədov küçəsi (22 qarajlıq sahə) – 1 009 kv.m – 275 000 manat
Xətai rayonu, Xudu Məmmədov küçəsi – 351 kv.m – 772 200 manat
Xətai rayonu, Xudu Məmmədov küçəsi – 85,5 kv.m – 188 100 manat
Yasamal rayonu, Arif Mehdiyev küçəsi – 218 kv.m – 328 000 manat
Yasamal rayonu, Arif Mehdiyev küçəsi – 168,9 kv.m – 253 350 manat
Yasamal rayonu, Arif Mehdiyev küçəsi – 212,8 kv.m – 319 200 manat
Yasamal rayonu, Arif Mehdiyev küçəsi – 263,7 kv.m – 395 550 manat
20 avqust 2026, saat 11:00
Yasamal rayonu, Arif Mehdiyev küçəsi – 347,5 kv.m – 520 000 manat
Yasamal rayonu, Arif Mehdiyev küçəsi – 261,5 kv.m – 390 000 manat
Yasamal rayonu, Arif Mehdiyev küçəsi – 199,3 kv.m – 296 957 manat
Yasamal rayonu, Arif Mehdiyev küçəsi – 396,7 kv.m – 587 000 manat
Yasamal rayonu, Arif Mehdiyev küçəsi – 169,3 kv.m – 253 950 manat
Yasamal rayonu, Arif Mehdiyev küçəsi – 177,1 kv.m – 266 500 manat
Yasamal rayonu, Arif Mehdiyev küçəsi – 280,9 kv.m – 426 968 manat
Yasamal rayonu, Arif Mehdiyev küçəsi – 233,8 kv.m – 355 376 manat

















