Əsas məzmuna keç
Bakı +16°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Nəqliyyat

Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq

Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

UEFA Çempionlar Liqasında mübarizə aparan "Sabah" FK-nın "Barselona" (İspaniya) klubuna qarşı oyunu ilə əlaqədar noyabrın 25-də Bakı metropolitenində Qırmızı xəttində (M1) iş rejimi dəyişdiriləcək.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, "Bakı Metropoliteninə "Sabah" Futbol Klubu tərəfindən edilən müraciət və "Koroğlu" stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda baş tutacaq matça azarkeş marağı nəzərə alınaraq, Qırmızı xətdə (M1) iş vaxtı 1 saat uzadılacaq. Azarkeşlərin mənzilbaşına rahat çatması üçün noyabrın 25-dən 26-na keçən gecə xəttin bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Həmçinin, stansiyalara əlavə işçi qüvvəsi cəlb olunmaqla nəzarət tədbirləri gücləndiriləcək. Qarşılaşmadan sonra qatarların hərəkət qrafiki "Koroğlu" stansiyasındakı tələbat və sərnişin axınına uyğun tənzimlənəcək.

Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə iş rejimi olduğu kimi saxlanılacaq. Ümumilikdə isə gün ərzində qatarların hərəkəti payız-qış cədvəlinə uyğun təşkil ediləcək.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə