Əsas məzmuna keç
Bakı +16°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib

PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

20–21 noyabr 2026-cı il tarixlərində Gəncə İdman Sarayında keçirilən sərgi çərçivəsində PAŞA Bankın nümayəndələri müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərlə görüşərək onların inkişaf planlarını, maliyyələşdirmə ehtiyaclarını və potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşlər zamanı sahibkarlara Bankın biznes müştəriləri üçün təklif etdiyi maliyyə həlləri və xidmətlər barədə məlumat verilib.

Ümumilikdə 112 müəssisənin öz məhsul və xidmətlərini təqdim etdiyi tədbirdə biznes nümayəndələri arasında (B2B), biznes və dövlət qurumları (B2G), eləcə də biznes və universitetlər (B2U) arasında görüşlər təşkil olunub.

PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib

Noyabrın 20-də keçirilən rəsmi açılış mərasimində regionlarda sahibkarlığın təşviqi, yeni tərəfdaşlıqların qurulması və iqtisadi fəallığın artırılmasında belə platformaların rolu vurğulanıb.

“REGİONAL EXPO GƏNCƏ 2026” sərgisi Gəncə Şəhər İcra Hakimiyyəti, TECHERA və GBARU tərəfindən təşkil olunub.

PAŞA Bank regionlarda sahibkarlığın inkişafına və bizneslərin maliyyə resurslarına çıxışının genişləndirilməsinə dəstəyini davam etdirir.

PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə