Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Nəqliyyat

Bakıda bu ərazilərə giriş pullu olacaq

Bakıda bu ərazilərə giriş pullu olacaq

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq və həmin ərazilərə avtomobillə daxil olan sürücülərdən haqq alınacaq.

ENA.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Avtomobil yolları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Yeni dəyişikliklərə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları müəyyən ediləcək.

Həmin zonalara nəqliyyat vasitələrinin daxil olmasına görə ödəniləcək haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək. Toplanan vəsait dövlət büdcəsinə köçürüləcək.

Digər dəyişiklik avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarına aiddir. Təklifə əsasən, bu sahədə fəaliyyət göstərən daşıyıcıların məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərməsinə görə subsidiya ayrılacaq.

Subsidiya dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək və onun verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdiriləcək

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə