Əsas məzmuna keç
Bakı +16°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Sumqayıt Sənaye Parkında istilik izolyasiyalı şüşə paketi istehsal olunacaq

Sumqayıt Sənaye Parkında istilik izolyasiyalı şüşə paketi istehsal olunacaq
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Sumqayıt Sənaye Parkında ildə 1,59 milyon kvadratmetr vərəqə şüşələrin temperlənməsi, laminasiyalanması və istilik izolyasiyalı şüşə paketi (İGU) halına salınması nəzərdə tutulur.

Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata əsasən, "Azerfloat Processing" MMC-yə Agentliyin idarəçiliyində olan Parkın rezidenti statusu verilib.

Layihənin investisiya dəyəri 18 milyon manatdır.

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 46 rezident qeydiyyatdan keçib. İndiyə qədər rezidentlər Parka 5,6 milyard manatdan çox investisiya yatırıb, 6400-dən çox iş yeri yaradıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə